21 Yan 2021
19:52
![]() |
21
Yan 19:52
![]() Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan Sağlamlığı şöbəsi tərəfindən “Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi” layihəsi hazırlanıb. AQTA-dan bildirilib ki, sənəd layihəsi İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi Elmi Komitədə müzakirəyə çıxarılıb. Bildirilib ki, layihənin hazırlanmasında məqsəd ölkəmizə idxal olunan baytarlıq preparatlarının, xüsusilə antibiotiklərin dövriyyəsinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tənzimlənməsini həyata keçirməkdir. İlkin mərhələdə ölkəyə idxal olunan antibiotiklərin quşçuluq təsərrüfatlarında rasional istifadəsinin araşdırılması nəzərdə tutulur. Araşdırmaların nəticələri inkişaf etmiş ölkələrdə heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş baytarlıq preparatlarının ölkəmizdə heyvandarlıq təsərrüfatlarında istifadəsinə dair zəruri məhdudiyyətlərin tətbiqinə imkan verəcək. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|