21 Yan 2021
23:55
![]() |
21
Yan 23:55
![]() Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb. Səfər zamanı Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov nazir Ceyhun Bayramovu qəbul edib. Habelə nazir Ceyhun Bayramovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|