22 Yan 2021
07:00
![]() |
22
Yan 07:00
![]() Florensiya Şəhər Şurasında 20 Yanvar faciəsindən danışılıb Florensiya Şəhər Şurasında “İtaliya qardaşları” partiyasının qrup rəhbəri Alessandro Draqi Şuranın son iclasında 20 Yanvar faciəsi ilə bağlı çıxış edib. Qrup rəhbəri Qanlı Yanvar hadisələri ilə bağlı “İtaliyadakı Azərbaycan İcması” təşkilatının rəhbəri Turan Sadiqi tərəfindən məlumatlandırıldığını, Qərb dünyasında geniş kütlənin bu faciə barədə çox da xəbərdar olmadığını, həmin hadisələrin xatırlanmasının vacib olduğunu bildirib. O, bu faciənin Qızıl Ordu tərəfindən törədildiyini, müstəqil olmağı qarşısına məqsəd qoyan Azərbaycan xalqının iradəsini qırmaq, üsyanlarını yatırmaq məqsədi daşıdığını qeyd edib. Xüsusilə 27 yaşlı İlhamla həyat yoldaşı Fərizənin faciəvi hekayəsindən təsirləndiyini bildirən A.Draqi çıxışına Turan Sadiqinin sözləri ilə davam edib: “Tariximizin ən ağrılı gecələrindən birini yaşadıq, amma bu gecə bizə azad gələcək təmin etdi. Mənim millətim çox işgəncələrə, haqsızlıqlara və bir çox amansız qətliamlara məruz qalıb, amma heç bir zaman azadlıq uğrunda mübarizədən geri çəkilməyib”. Qrup rəhbəri çıxışının sonunda Şura üzvlərini 20 Yanvar şəhidlərinin, o cümlədən faciədə həyatını itirmiş qadın və uşaqların xatirəsini anmağa çağırıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|