22 Yan 2021
09:00
![]() |
22
Yan 09:00
![]() Demokratlar ABŞ senatı üzərində formal nəzarət əldə edib ABŞ-da üç yeni demokrat-senatorun andiçməsindən sonra Demokratlar partiyası senatda formal çoxluq əldə edib. XeberOxu.Az Amerika KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 5-də Corciya ştatında keçirilən səsvermənin ikinci turunda respublikaçılar Devid Peryu və Kelli Loffler üzərində qələbə qazanan Con Ossoff və Rafael Uornok ABŞ senatında and içib. Hazırda senatda qüvvələr balansı bərabərdir - 50:50. Lakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də senatda səsvermə hüququndan istifadə edə bilməsi Demokratlar partiyasına senata nəzarət etmək imkanı verir. Beləliklə, 2010-cu ildən bəri demokratlar ABŞ konqresi üzərində tam nəzarətə yiyələnməyə nail olub. Demokratlar partiyası üç sahəni - sabiq Prezident Donald Trampın impiçmenti üzrə ikinci prosesi, COVID-19 infeksiyası ilə mübarizənin yeni raundunu və yeni Prezident Cozef Bayden dövründə nazir postlarına namizədlərin təsdiq edilməsini yaxın prioritetlər sırasına daxil edib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|