22 Yan 2021
18:45
![]() |
22
Yan 18:45
![]() Ukraynada matəm elan edilib Ukraynanın Xarkov şəhərində Qocalar evində baş verən yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar yanvarın 23-də ölkə ərazisində matəm elan olunub. XeberOxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski hadisə yerində olandan sonra keçirdiyi brifinqdə məlumat verib. Baş verən faciəvi hadisə ilə bağlı dövlət qurumlarının hesabatını dinlədiyini deyən V.Zelenski bütün detalların araşdırılacağını bildirib. Qeyd edək ki, yanvarın 21-i yerli vaxtla 15:03-də Qocalar evinin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olub. Bununla bağlı saxlanılan şəxslər Qocalar evinin sahibi, inzibatçısı, kirayəçisi və onun arvadıdır. Qocalar evi qanunsuz fəaliyyət göstərib və qeydiyyatı olmayıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|