XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



22 Yan
2021
20:40
793
22
Yan
20:40



BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycaının işğaldan azad olunmuş ərazilərində kəhrizlərin bərpa edilməsi layihəsini təklif edib.

XeberOxu.Az-ın məlumatına görə,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşündə BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev bildirib ki, işğaldan azad edildikdən sonra Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri ilə birgə Füzuli rayonuna səfər edib.

O, müxtəlif ölkələrdə dağıdılmış yerlərə səfər etdiyini, lakin Füzuli rayonundakı kimi dağıntı ilə heç bir yerdə rastlaşmadığını bildirib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində kəhrizlərin bərpa edilməsi üçün bu il yeni üsulun tətbiq ediləcəyi diqqətə çatdırılıb və layihənin icrasının işğaldan azad edilmiş ərazilərdə də davam etdirilməsi təklif edilib.

V.Georgiyev qeyd edib ki, əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Böyük Qayıdışla bağlı müxtəlif layihələrin icra edilməsi üçün səylərini əsirgəməyəcək.

Görüş zamanı Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gerçəkləşdirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı nəticəsində Ermənistanın hərbi qüvvələri işğal edilmiş ərazilərdən qovulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, keçmiş məcburi köçkünlərin beynəlxalq hüquqda təsbit olunmuş hüquqlarından istifadə edərək doğma torpaqlarına qayıtmağı üçün şərait yaranıb.

Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə ermənilər tərəfindən misilsiz vandalizm aktları törədilib. Xalqımızın maddi-mədəni irsi olan tarixi-dini abidələr, məscidlər məhv edilib, yaşayış məskənləri dağıdılıb. Bununla tarixi saxtalaşdırmağa çalışan ermənilər həmin ərazilərin azərbaycanlıların qədim yurd yeri olduğu ilə bağlı izləri silmək məqsədi güdüblər.

Prezident İlham Əliyevin tapşırığı ilə təhlükəsizlik tədbirləri görülür, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar işlər aparılır. Bərpa-quruculuq işləri başlayıb, kommunikasiya, rabitə, yol infrastrukturu yenidən qurulur. Eyni zamanda, abidələr, tarixi əhəmiyyət daşıyan tikililər bizim çoxəsrlik memarlıq nümunələri əsasında yenidən bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi keçmiş məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəkildə ata-baba torpaqlarına qayıdıb, yeni həyata başlamasına şərait yaradacaqdır.

Nəzərə çatdırılıb ki, münaqişənin ilk illərində məcburi köçkünlərlə bağlı humanitar layihələr həyata keçirən beynəlxalq təşkilatların dəstəyinə yenə də ehtiyac var.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.