22 Yan 2021
21:00
![]() |
22
Yan 21:00
![]() Texniki Universitetə yeni prorektor təyin olunub Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektor vəzifəsinə yeni təyinat olunub. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, yeni təyin olunan prorektor Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub. Rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib. Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib. Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|