XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
00:45
946
23
Yan
00:45



"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri

"Ali təhsil haqqında" qanunun ilkin variantının hazırlanmasına başlanılacaq.

XeberOxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşündə deyib.

B.Əliyev bildirib ki, bu, işçi qrupunun ilk iclasıdır: “Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanmasıdır.

Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək”.

Komitə sədri bildirib ki, qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək: “Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq”.

Qeyd edək ki, videokonfransda Milli Məclisin spikeri Sahibə Qafarova, Təhsil Naziri Emin Əmrullayev də iştiak edib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.