01 Iyun
2020
21:09
1807

01
Iyun
21:09



İsmayıllıda narkotik becərən qonşular saxlanılıb

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

XeberOxu.Az-ın məlumatına görə,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanılıb. Saxlanılan şəxsin rayonun Diyallı kəndində kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kq 635 qr narkotik vasitə-qurudulmamış marixuana aşkar edilərək götürülüb.

E.Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib.
Araşdırma zamanı E.Paşayevin bundan əlavə qonşusu, şəhər sakini Əlmurad Bəkirovla əlbir olaraq,

Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olunub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sərt karantin rayonlarından Oğuza istirahətə gələnlər aşkarlanıb







Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi







Prospektdə baş verən qəza tıxaca səbəb olub







Mal-qara oğurları saxlanılıb.


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.