02 Iyun
2020
00:39
1534

02
Iyun
00:39



Azərbaycandan keçməklə Avstriyaya kişmiş aparan iranlılardan külli miqdarda heroin aşkarlandı -Video

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Avstriya Respublikasına "kişmiş" yükü daşıyan iki ədəd "Daf" markalı 34 AA 941 / 34 AA 942 və 91 D 657-10 / 91 D58-10 qeydiyyat nişanlı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən XeberOxu.Az-a verilən məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriya Respublikasına "kişmiş" yükü aparan İran İslam Respublikası vətəndaşları Mırzaeısaatlou Akbar Parvızın və Abdelıkhanghah Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunublar.

Kinoloji xidmət itləri xüsusi işarə və hərəkətlərlə yük avtomobillərinə reaksiya verdiyindən Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən avtomobillər rentgen qurğusunda yoxlanılıb.

Şifahi sorğu-sual zamanı hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, rentgen qurğusu vasitəsilə keçirilən baxış zamanı monitorda avtomobillərin yanacaq çənlərinin içərisində şübhəli cizgilər müşahidə olunub.

Baxış zamanı düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibində narkotik maddənin-heroinin olduğu məhlul aşkarlanıb.

Mırzaeısaatlou Akbar Parvızin idarə etdiyi yük avtomobilinin yanacaq çənindəki gizli saxlanc yerindən tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 143 kiloqram 990 qram olan 374 litr, Abdelıkhanghah Ramın Mashatlının idarə etdiyi yük avtomobilindən isə tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 137 kiloqram 445 qram olan 357 litr məhlul aşkar olunub.

Ümumilikdə, hər iki yük nəqliyyat vasitəsindən külli miqdarda, 281kiloqram 435 qram narkotik vasitə-heroin aşkar edilib.
Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub və Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA 84 müəssisədə qayda pozuntusu aşkarladı







Magistraturaya qəbul üçün keçid balları açıqlandı







Bakı metropoliteni 2 yeni qatarı bu gün xəttə buraxacaq







Xəzərdəki göy-yaşıl yosunlar neft platformalarında metalların korroziyasına səbəb olur


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.