# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
14:07
2849

22
May
14:07



Şagirdlərin məktəbdaxili qiymətləndirməsinin müvəqqəti qaydası təsdiqləndi

Təhsil naziri Ceyhun Bayramov Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydasını təsdiqləyib.

XeberOxu.Az-ın məlumatına görə, qayda Azərbaycanda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5. İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

6. Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7. Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12. Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

Qaydaya görə, məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.