Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyul
2019
17:10
1134

04
Iyul
17:10



Şahin Mustafayev: Azərbaycan və İran arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir

Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.

XeberOxu.az-ın məlumatına görə, İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Belə ki, son 6 ildə dövlət başçıları arasında 12 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib.

Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur.

Şahin Mustafayev qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, İranlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.

Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini vurğulayan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamreza Tacgərdun iqtisadi-ticarət əməkdaşlığın inkişafını vurğulayıb, qarşılıqlı ticarətin genişlənməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün potensialı qeyd edib.

İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının katibi Əlireza Əşrəf Palatanın fəaliyyəti barədə məlumat verib, iki ölkənin sahibkarları arasında əlaqələrin, birgə layihələrdə iştirakın genişləndirilməsinin önəmini qeyd edib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Bu gün iranlı qonaqlar Sumqayıt Kimya Sənaye Parkında müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az