Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




11 Fev
2019
07:57
297



Şamaxı zəlzələsini heyvanlar öncədən hiss ediblər? - VİDEO

Şamaxıda baş verən zəlzələni balıqlar öncədən hiss edib.

Mütəxəssislər balıqların fevralın 4-də, yəni zəlzələdən bir gün qabaq Samur-Abşeron kanalında suyun üzünə çıxaraq təşviş içində hərəkət etmələrini bununla əlaqələndirirlər.

Xızıda isə zəlzələ zamanı bir dəvə yaxınlıqdakı insana hücum edərək onu öldürüb.

Ekspertlər bu hərəkətləri heyvanların təhlükəni öncədən sezərək ərazidən uzaqlaşmaq istəməsi ilə izah edirlər.

XeberOxu.Az xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, zəlzələni hazırda öncədən müəyyən edən heç bir qurğu yoxdur. Ancaq heyvanlar istisnadır. Çünki zəlzələdən öncə heyvanların böyük təşviş içərisində özlərini biruzə vermələri Azərbaycanda fevralın 5-6-da baş verən yeraltı təkanlar zamanı da müşahidə edilib.

Zəlzələdən bir gün öncə Samur-Abşeron kanalında balıqlar suyun üzünə çıxaraq o tərəf-bu tərəfə var-gəl etmələri ilə diqqət çəkiblər. Hətta mütəxəssislər həmin vaxt bunun səbəbini izah etməkdə bir qədər çətinlik çəkmişdilər.

Ancaq bu hadisədən cəmi 1 gün sonra Şamaxı-İsmayıllı bölgəsində 6 baldan yuxarı zəlzələ oldu. Hətta yeraltı təkanlar Bakıda da hiss olundu.

Ekspert Telman Zeynalov bildirir ki, heyvanların zəlzələni hiss etməsi bütün elmi ədəbiyyatlarda təsdiqlənən bir gerçəkdir.

Onun fikrincə, heyvanlar hansısa təhlükə hiss edəndə ondan qaçmağa tələsirlər. Və həmin an insanlara zərər vermə ehtimalları da yüksək olur.

Qeyd edək ki, zəlzələ baş verən zaman Xızı rayonunun Altıağac qəsəbəsində 58 yaşında bir nəfər dəvənin hücumuna məruz qalıb və heyvanın zərbələri nəticəsində ölüb.

Heyvanlar zəlzələ və vulkan kimi hadisələri öncədən hiss edə bilsələr də, zəlzələnin neçə bal gücündə olacağı və nə zaman baş verəcəyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Ancaq heyvanların adət olunmayan hərəkətlərə yol verdiyi aşkarlanarsa, bu, təhlükənin uzaqda olmadığını göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az