12 Yan 2021
15:12
![]() |
12
Yan 15:12
![]() Şəhid və itkin düşən şəxslərin ailələrinə psixoloji yardım göstərilir - Nazirlik 44 günlük müharibədən sonra psixoloji sarsıntı keçirən şəhid və itkin ailələrinə yardım göstərilir. XeberOxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib. O bildirib ki, müharibə bitdikdən sonra çətin psixoloji vəziyyət şəhid ailələrinin itkini qəbul etməsidir: "Şəhid ailələrinin üzvlərində fəsadlaşmış hüzn reaksiyaları baş verir. Onlar hüznün şok və inkar, güclü emosiyalar, depressiya və itkinin qəbul edilməsi mərhələlərini yaşayırlar. Şəhid ailələrinin üzvlərində itkinin qayıtmayacağının dərk olunması çıxılmazlıq, emosional boşluq, kəskin tənhalıq hissləri doğurur. Onlarda eyni zamanda digər kəskin ifadə olunmuş affektiv reaksiyalar da müşahidə edilə bilər". Mərkəz rəhbəri deyib ki, fəsadlaşmış hüzn reaksiyası yaşayan şəhid ailələrinə interpersonal psixoterapiya (İPT) yardımı göstərilir. Məqalə: ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Göyçayda 5 otaqlı ev yanıb
Bakıda bir nəfər köməksiz qaldı
Bakıda mansarda tipli ev yanıb
|