Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
12:31
771



Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə heç-heçə edib

Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində 10-cu turun oyunları keçirilib.

XeberOxu.az-ın məlumatına görə, Ş.Məmmədyarovun amerikalı Fabiano Karuana ilə görüşü heç-heçə başa çatıb.

Turun digər oyunlarında da bərabərlik qeydə alınıb. Amerikalı Uesli So norveçli dünya çempionu Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri amerikalı Hikaru Nakamura, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand rusiyalı Sergey Karyakin ilə “sülh” bağlayıb.

Beləliklə, 10 turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az