27 Yan
2020
13:21
715

27
Yan
13:21



Şəkidə narkotacir saxlanıldı

Şəki sakininin evində külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.

Belə ki, daxil olmuş məlumat əsasında şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan külli miqdarda, yəni 164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan 110 ədəd “Tramadol” adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində T.Vahabov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.