RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



27 Iyun
2019
16:14
1809



Şibyələr poçt markasında

İyun ayının 27-də Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi “Şibyələr” seriyası çərçivəsində üç poçt markasını dövriyyəyə buraxacaq.

XeberOxu.az-ın məlumatına görə, poçt markaları böyük və kiçik vərəqlərdə hazırlanacaq.

Böyük vərəq 100х132 mm ölçülərində hazırlanacaq və 9 markadan ibarət olacaq. Markalar 26х37 mm ölçülərində, hərəsi 36 min tirajla tədavülə buraxılacaq.

Kiçik vərəq isə 105х90 mm ölçülərində hazırlanacaq və 6 markadan ibarət olacaq. Vərəqin tiraji isə 15 min nüsxə təşkil edəcək.

Poçt markaları A.T.Nepoqodina adına “Bobruyskiy” çap evində işıq üzü görəcək.

Poçt markalarının dövriyyəyə buraxıldığı vaxt Minskdə 1№ li poçt rabitəsi şöbəsində (“Filateliya” mağazası, Moskovskaya küçəsi, 16) “İlk gün” zərfinin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Layihə rəssam A. Mityanin və dizayner M.Vitkovskiyə məxsusdur.

Qeyd edək ki, şibyələr təbiətdə çox geniş yayılıb. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılıb. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az