01 Mart 2021
15:49
![]() |
01
Mart 15:49
![]() BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb Türkiyənin daha bir ixrac yükü Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Çinə istiqamət götürüb. Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner"dən bildirilib. Kösəköy stansiyasından yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir. Qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır. Qatar BTQ dəmir yolu ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək. Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan sayca üçüncü ixrac qatarıdır. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO
Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb
Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama
18 yaşlı qız su kanalında batdı
|
|