XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
17:43
712
01
Mart
17:43



Dövlət şirkətlərinin ixrac gəlirləri açıqlanıb

2021-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Təqdim edilən dövlət müəssisələri yanvar ayı ərzində ölkəyə 57,5 milyon ABŞ dolları həcmində gəlir gətirib. Siyahıya 14,7 milyon dollar ixrac həcmi ilə “SOCAR Polymer” başçılıq edir.

Daha sonra bu siyahıda 14,6 milyon dollar ixrac həcmi ilə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, 12,2 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 9,9 milyon dollar ixrac həcmi ilə “AzərGold” QSC, 5,2 milyon dollar ixrac həcmi ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərenerji” ASC 350 min dollar, “Azəripək” MMC 239 min dollar, “Azərbaycan Dəmir Yolları” QSC isə 191 min dollar, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 64 min dollar, “Azərbaycan Hava Yolları” QSC (AZAL) 55 min dollar həcmində ixrac həyata keçirib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.