XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
18:09
714
01
Mart
18:09



“Buta Airways” Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayır. 

Aviaşirkətdən verilən məlumata görə, uçuş cədvəlinə əsasən pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu martın 19-da yerinə yetiriləcək. 

Qeyd olunan marşrut üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.

Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

“Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir. 

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reys üçün biletləri (“Super” və “Standart” tarifləri üzrə) aviaşirkətin www.butaairways.az rəsmi saytında əldə etmək mümkündür. Biletləri həmçinin aviaşirkətin rəsmi agentliklərindən də əldə edə bilərsiniz (yalnız “Super” tarifi üzrə). 

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

Bakı-Tbilisi istiqaməti üzrə reysin sərnişinləri:

 - Gürcüstan ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Gürcüstana giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz https://www.butaairways.az/az/covid/georgia 

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar (ingilis dilində). Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.butaairways.az/az/covid/clinics.

Tbilisi-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.

- Synevo laboratoriyasının filiallarından birində koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar və ya QR-kod qeyd olunan COVID-19-a dair PCR-testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq).

Tərəfdaş klinikaların şəbəkəsi genişləndikcə siyahı daha da artacaqdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. 

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

Xəbər və yenilikləri “Buta Airways” aviaşirkətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində öyrənə bilərsiniz:

•  facebook.com/ButaAirways   
•  instagram.com/ButaAirways
•  twitter.com/ButaAirways
•  vk.com/ButaAirwaysru 
•  t.me/Buta_Airways

“Buta Airways” – Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibinə daxil olan struktur bölmədir. 2016-cı il dekabr ayında təsis edilmişdir. İlk reys 1 sentyabr 2017-ci il tarixdə həyata keçirilmişdir. Aviaşirkətin donanması “Embraer” tipli müasir hava gəmilərindən ibarətdir. Aviaşirkət Bakı şəhərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.