XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
18:16
711
01
Mart
18:16



Mehmet Ali Dim: “Ermənistan sülhü və birgəyaşayışı təmin etməyə yox, yıxmağa, dağıtmağa gəlmişdi” - VİDEO

“Burada hava limanı tikmək yol çəkməkdən daha asandır. Bu bölgə hava körpüsü vasitəsilə dünyaya açılacaq. Füzuli beynəlxalq hava limanı karqo daşınması nəticəsində bölgənin inkişafına daha çox töhfə verəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim deyib.

Füzulidə vəziyyətlə tanış olandan sonra sualları cavablandıran təşkilat rəhbəri bildirib ki, son dörd ayda, yəni noyabrın 10-dan sonrakı müddətdə ikinci dəfədir Qarabağa səfər edirlər: “Dekabr ayında da Ermənistanın işğalından azad olunmuş bu bölgəyə əcnəbi jurnalistləri gətirmişdik.

Türkiyədə işləyən və bizim təşkilatda təmsil olunan, həmçinin çox önəmli, dünyada tanınan media qurumlarının nümayəndələrini ilk olaraq bura gətirmişdik. Bu dəfə isə başqa qrupu gətirdik. Ümumilikdə iki dəfə 30-a yaxın əcnəbi jurnalisti bura gətirmişik".

O, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi geniş mətbuat konfransına da toxunaraq dövlət başçısının bir neçə dildə danışa bilməsini təqdirəlayiq saydığını vurğulayıb: “Prezident İlham Əliyev böyük səbirlə dörd saatdan çox bütün sualları cavablandırıb. Doğrudan da, təqdirəlayiq haldır. Azərbaycan xalqı nə qədər fəxr etsə də, azdır. Çünki dövlətin başçısı əcnəbi jurnalistlərə onların dilində xitab edir. Bu, böyük üstünlükdür. İnşallah, 44 günlük müharibədəki eyni uğuru Qarabağın bərpasında da göstərəcək”.

Qlobal Jurnalistlər Şurasının sədri bildirib ki, Ermənistanın işğalçı qüvvələri bölgənin üzüm bağlarını da yerlə-yeksan edib: “Qarabağın məşhur üzüm bağları, dünyada tanınan məşhur çaxırları var. Amma işğalçılar üzüm bağlarını belə məhv ediblər, dirəkləri, məftilləri söküblər.

Ermənistan bura sülhü, dostluğu və birgəyaşayışı təmin etməyə yox, yıxmağa, dağıtmağa gəlmişdi”.

Mehmet Ali Dim deyib ki, Azərbaycan dövlətinin vaxt itirmədən bərpa, yenidənqurma və abadlıq işlərinə başlaması sevindirici haldır: “Bu gün tikintisi davam edən hava limanı bu bölgənin inkişafı üçün böyük önəm kəsb edir və inkişaf katalizatoru rolunu oynayacaq. Çünki bura quru kommunikasiyanın çətin olduğu yerdir. Türkiyə olaraq 44 günlük müharibə dövründə olduğu kimi, bu gün də Qarabağın bərpası, yenidənqurulması və abadlığında qardaş Azərbaycanın yanında, arxasındayıq. Bu bizim Qarabağa ikinci gəlişimiz ola bilər, amma biz burada dayanmayacağıq, üçüncü, dördüncü, beşinci dəfə və s. səfərlərimiz olacaq. Biz onsuz da ilyarım öncə də dövlət başçılarının qatıldığı Türk Şurasının toplantısında da iştirak etmişdik. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Azərbaycanda bizim sağ əlimiz, qolumuzdur. Şübhəsiz, bundan sonra da dəstəyimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Qlobal Jurnalistlər Şurası Azərbaycan da daxil olmaqla, 40 ölkədə nümayəndəliyi olan və mərkəzi qərargahı Türkiyədə yerləşən jurnalistika sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatıdır.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.