XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
19:06
658
01
Mart
19:06



Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və "İRKAZ" – Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi çağırışı ilə Almaniya bundestaqına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun imzası ilə almaniyalı parlamentarilərə ünvanlanan bəyanatda 29 il öncə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı barədə barədə ətraflı məlumat verilib.

Siyasətçilərin əsas vəzifəsinin ədalətsizliyin qarşısını almaq olduğunu xatırladan bəyanat müəllifi almaniyalı parlamentariləri 26 fevral tarixini Xocalı soyqırımı günü kimi tanımağa və faciə qurbanlarının xatirəsini yad eyməyə çağırıb. Qeyd edib ki, bu addım gələcəkdə oxşar hadisələrin təkrarlanmasının qarşısını ala, bölgəyə davamlı sülhün və barışın gəlməsini təmin edə bilər.

"İRKAZ" – Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzinin məktubunda nəzərə çatdırılıb ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayət yerli əhali arasında qorxu yaratmaq məqsədilə öncədən planlaşdırılıb və təşkil edilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.