XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
19:17
783
01
Mart
19:17



Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Martın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.

Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.