01 Mart 2021
23:00
![]() |
01
Mart 23:00
![]() COVID-19: Fransada son sutkada 19 952 yeni yoluxma qeydə alınıb Fransada son sutkada COVID-19 infeksiyasına 19 952 yeni yoluxma və 122 ölüm faktı qeydə alınıb. XeberOxu.Az-ın məlumatına görə, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, pandemiya başlayandan 61 572-si xəstəxanalarda olmaqla 86 455 ölüm faktı qeydə alınıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3 492 koronavirus xəstəsi intensiv müalicə olunur. Son 24 saatda reanimasiya şöbələrinə 164 ağır xəstə daxil olub. Reanimasiya şöbələrində ağır xəstələrin sayının artması narahatlıq doğurub. Dekabrın sonunda başlayan peyvəndləmə kampaniyası çərçivəsində 2 967 937 milyon insan birinci doza, 1 582 433 insan isə ikinci doza peyvənd edilib. Ölkədə Pfizer/BioNtech peyvəndindən istifadə olunduğu bildirilir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO
Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb
Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama
18 yaşlı qız su kanalında batdı
|