XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



01 Mart
2021
23:15
533
01
Mart
23:15



Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantının qalibi BDU-da doktorantura təhsili alacaq

Azərbaycan Respublikası Prezidentinin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq, fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunmuş Əlcəzair vətəndaşı Lemunes Nour El Houda Djoumana ilə fakültədə tanışlıq görüşü keçirilib.

BDU-dan  XeberOxu.Az bildirilib ki, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı əcnəbi doktorantı Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan təhsil qrantını qazanması münasibətilə təbrik edib, eyni zamanda, doktorantura təhsili üçün BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsini seçdiyinə görə ona təşəkkürünü bildirib. O, Qoşulmama Hərəkatına 2019-cu ildən Azərbaycanın sədrlik etdiyini və bu təşkilatın hər zaman ölkəmizin haqlı mövqeyini dəstəklədiyini xatırladıb. Sonra əcnəbi doktoranta ölkəmizdəki təhsil mühiti, Azərbaycanın ilk universiteti olan BDU-nun tarixi və bu günü, eyni zamanda, Kitabxanaçılıq-informasiya fakültəsi barədə geniş məlumat verilib.

Görüş üçün təşəkkürünü bildirən əlcəzairli doktorant Lemunes Nour El Houda Djoumana ölkəmiz haqqında bir çox məlumatlara, o cümlədən Vətən müharibəsindəki qələbəmizlə bağlı bilgilərə malik olduğunu bildirib, eyni zamanda, Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisəsində təhsilini davam etdirməkdən məmnunluğunu ifadə edib. Daha sonra doktorantın təhsil müddətində tədqiqat aparacağı mövzular müzakirə olunub.

 

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.