XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



13 Yan
2021
10:57
522
13
Yan
10:57



Şuşanın 17 məhəlləsinin hekayəsi

28 ildən çox erməni işğalından sonra noyabrın 8-i azad edilmiş Şuşa hər bir azərbaycanlının qəlbi və ruhu, milli musiqinin və poeziyanın beşiyidir. Bu şəhərə həyat tədricən geri qayıdır, lakin təəssüf ki, məscidlər də daxil olmaqla yüzlərlə tarixi abidə təhqir və ya məhv edilib. Dövlətimiz Azərbaycanın mədəni paytaxtı elan edilmiş Şuşa şəhərinin bərpa edilməsi və əvvəlki görkəminin qaytarılması üçün hər şeyi edəcək. Şuşa haqqında çox danışmaq və yazmaq olar.

Trend Şuşanı formalaşdıran, şəhərin əsas xüsusiyyətlərindən biri - 17 məhəlləsi haqqında məqalə yayımlayıb..

Şuşa 1752-ci ildə Pənahəli xan Cavanşir (1693-1763) tərəfindən qurulub. O dövrdə Şuşa hökmdarın adını daşıyan və Qarabağ xanlığını qorumaq üçün 1368 metr yüksəklikdə inşa edilmiş Pənahabad qalası idi. Bu ad xalq arasında “Pənahabadi” adı almış sikkələrin üzərində öz əksini tapmışdı. Bir müddət sonra şəhər Qala, Şuşa qalası və nəhayət Şuşa adlandırıldı. Qarabağın ən mənzərəli yerində, üç tərəfi qayalarla əhatə olunmuş əlçatmaz qala idi. Əlçatmaz qalanın təməlinin qoyulmasının dəqiq tarixi məlumdur - 1750-ci il. Pənahəli xanın əmri ilə Təbrizdən, Ərdəbildən və digər şəhərlərdən xan üçün yeni evlər və saray tikən məşhur ustalar dəvət edilmişdi. Qalanın şimal və şərq hissələri divarlarla əhatə olunmuşdu. Qalanın “İrəvan” və “Gəncə” adlanan iki qapısı var idi. Səhər qapılar açılırdı, axşam gün batandan sonra bağlanırdı və heç kim şəhərə buraxılmırdı. 1755-ci ildə Şuşa Qarabağ xanlığının paytaxtı oldu. 1795-ci ilə qədər burada 10 mindən çox insan yaşayırdı.

Şəhərin salınmasında mühüm rolu hökmdarın vəziri, Şuşada bir çox obyektin tikilməsində birbaşa iştirak edən, şair Molla Pənah Vaqif (1717-1797) oynayıb, o həm xanın, həm də övladlarının fərdi tikililəri ilə əlaqəli bütün işlərin rəhbəri və şəhər divarının, Xan sarayının, yaşayış binalarının və qala divarlarının inşasının başında olub.

Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələdə Şuşa şəhərinin əsasının qoyulması dövründən başlayır (1753-1754). Həmin dövrdə Şuşa qalası, qaladaxili qəsrlər və xan sarayları tikilib, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılıb və 9 aşağı məhəllə formalaşdırılıb. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759-1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilib və 8 yuxarı məhəllə formalaşdırılıb. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilib və həmin ərazilərdə 12 məhəllə formalaşdırılırb.

17-18-ci əsrlərdə Şuşa 17 məhəlləyə bölünüb. Onlardan 9-u aşağı məhəllə (Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Qurdlar məhəllələri), 8-i isə yuxarı məhəllə (Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli, Təzə məhəllə məhəllələri) idi. Şəhər sakinləri özlərini qalalı adlandırırdılar.

Hər məhəllələrdə hamamlar, məscidlər və bulaqlar vardı.

Fotolar Çingiz Qacarın “Köhnə Şuşa” kitabından və digər açıq mənbələrdən götürülüb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu







Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib







Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı







Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.