AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Mart
2019
01:52
375



ƏƏSMN ilə “Bakı Metropoliteni” Anlaşma Memorandumu imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.

Nazir müavini bu istiqamətdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklər də nəzərə alınmaqla məqsədyönlü işlərin aparıldığını qeyd edib. O, eyni zamanda, sosial infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsinin diqqətdə saxlandığını, hazırda imzalanan Memorandumda da bununla bağlı əməkdaşlıq istiqamətlərinin əksini tapdığını deyib.

A.Əliyev sosial mövzularda geniş ictimai məlumatlandırma, təşviqat işlərinin aparılmasında da birgə layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

«Bakı Metropoliteni» QSC-nin sədr müavini Hidayət Məmmədov Bakı şəhərinin nəqliyyat sisteminin mühüm bir hissəsini təşkil edən metronun inkişafı, metro infrastrukturunun genişləndirilməsi, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib. H.Məmmədov bu işlərdə metro infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi məsələsinin ön planda saxlandığını bildirib. O, imzalanan Memorandumun bu sahədə və sosial mövzularda əhalinin məlumatlandırılması prosesində “Bakı Metropoliteni” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa əsas yaratdığını qeyd edib.

Sonra A.Əliyev və H.Məmmədov Memorandumu imzalayıblar.

Memorandumda Metropolitenin əlilliyi olan şəxslərlə bağlı həyata keçirəcəyi “Müyəssər Metro” adlı sosial xarakterli layihənin icrası, əlilliyi olan şəxslərin metrodan rahat və maneəsiz istifadəsi ilə bağlı digər layihələrin hazırlanması və həyata keçirilməsi, Nazirliyin hazırladığı sosial xarakterli reklam və təşviqat materiallarının Metropoliten ərazisində əvəzsiz olaraq yayımlanması kimi əməkdaşlıq istiqamətləri əksini tapıb.

Gələcəkdə həyata keçirilə biləcək layihələrin müəyyən edilməsi üçün müştərək işçi qrupunun yaradılması da sənəddə nəzərdə tutulub.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Metyu Brayza: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb







Cavid Qurbanov: Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır







İlham Əliyev və xanımı Mərkəzi Parkın açılışında - YENİLƏNİB - FOTO







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az