# EVDƏQAL
# EVDƏQAL



23 Mart
2020
19:50
1086

23
Mart
19:50



Əbülfəs Qarayev: Yaranmış şəraitdə zamanı səmərəli dəyərləndirməyə çalışmalıyıq

Koronavirusla bağlı həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində mədəniyyət müəssislərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılsa da, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı və fəaliyyətimizi müəyyən məcrada davam etdirməyə imkan verir. Odur ki, bu şəraitin doğurduğu zamanı səmərəli dəyərləndirməyə çalışmalıyıq.

XeberOxu.Az-ın məlumatına görə, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Nazir qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, tarixinin ən çətin, ağır dövrlərində Azərbaycan xalqını yaşadan, onun ruh yüksəkliyini, gələcəyə inamını təmin edən əsas amillərdən biri bizim mənəvi və mədəni dəyərlərimiz, söz və sənət irsimiz, ədəbiyyat və incəsənətimiz olub. Mədəni irs xalqın ruh saxlancıdır. Xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə hər birimiz, dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmalıyıq.

Nazirliyin “Evdə qal, evdə yarat” təşəbbüsünə start verdiyini diqqətə çatdıran Ə.Qarayev bildirib ki, hər bir vətəndaşımız öz yaradıcılığını “Kreativ Azərbaycan” “Facebook” səhifəsində paylaşa bilər. Yaxın günlərdə “Mədəniyyət” kanalında, eləcə də nazirliyin “YouTube” kanalında, “Facebook” və “Instagram” səhifələrində yayımlanmaqla təlim xarakterli “#Yaradıcılığı evdə öyrən” verilişi təqdim ediləcək. Həmçinin, uşaq musiqi və incəsənət məktəbləri tədris portalında (http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin videodərsləri yerləşdirilib və bunların sayı artırılacaq. Muzeylərimiz də yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirirlər.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.