Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
12:48
2391

19
Sen
12:48



Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Azərbaycanda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacaq.  

Xeberoxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda müvafiq dəyişiklik edib.

Qeyd edək ki, 31 may 2018-ci il tarixdə “Dövlət rüsumu haqqında” qanuna anoloji məzmunda dəyişiklik edilib və qanunda heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə 5 qəpikdən - 5 manatadək dövlət rüsumu tutulacağı əksini tapıb. 17 may 2019-cu il tarixdə “Baytarlıq haqqında” qanuna da oxşar məzmunlu dəyişiklik edilib. Prezident İlham Əliyevin 14 iyun 2019-cu il tarixli sərəncamında Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Beləliklə, Nazirlər Kabinetinin son qərarı ilə “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda qanunvericiliyə uyğun dəyişiklik edilib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az