Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



28 Sen
2019
16:55
1692

28
Sen
16:55



Gömrük təmsilçiləri ilə görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Xeberoxu.Az-a verilən məlumata görə, Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Faiq Seyidov, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Ədalət Hüseynəliyev, Komitənin əməkdaşları və gömrük təmsilçiləri iştirak edib. Görüşdə gömrük bəyannaməsinin doldurulması, gömrük təmsilçiliyi ilə bağlı yeniliklər, gömrük təmsilçilərinin vəzifə və məsuliyyətləri barədə məsələlər müzakirə olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatların nəticəsi olaraq beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli şəkildə imtahanların təşkil olunduğu, imtahanlarda uğur qazanan mütəxəssislərin ixtisas attestatları ilə təmin edildiyi və prosesin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə məlumat verilərək bildirilib ki, yeniliklərə görə gömrük təmsilçilərinin məsuliyyəti daha da artacaq və onlar gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar. Xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

O da qeyd edilib ki, DGK tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə gömrük rəsmiləşdirilməsi prosesində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndiriləcək. Yeni təkmilləşdirmə nəticəsində rəsmiləşdirməni həyata keçirən şəxslər prosesin bütün mərhələlərini onlara gələn sms və elektron mesajlar vasitəsilə izləyə biləcəklər.

İlkin mərhələdə Bakı Baş Gömrük İdarəsində tətbiq edilən bu yenilik hesabına artıq gömrük təmsilçilərinin gömrük orqanına gəlmələrinə ehtiyac yoxdur. Belə ki, onlar rəsmiləşdirmə zamanı bütün proseslərin izlənilməsini və idarə olunmasını özlərinə aid elektron kabinet vasitəsilə həyata keçirə bilərlər.

Daha sonra gömrük təmsilçilərinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az