Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Okt
2019
02:30
1161

16
Okt
02:30



HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsi açılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, oktyabrın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ölkənin hava məkanına nəzarətin gücləndirilməsi və hava hədəflərinin vaxtında aşkar edilməsi üçün nəzərdə tutulmuş HHQ-nin ən müasir çoxməqsədli Radiolokasiya stansiyasının (RLS) idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.
RLS-in idarəetmə məntəqəsində quraşdırılan müasir avadanlıq və texniki vasitələrin taktiki-texniki xassələri ilə maraqlanan Müdafiə nazirinə məruzə edilib ki, burada yaradılan infrastruktur döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb. Bildirilib ki, RLS həm stasionar, həm də taktiki şəraitdən asılı olaraq mobil qaydada istifadə edilə bilər.

Qeyd olunub ki, İspaniya istehsalı olan və NATO standartlarına cavab verən bu RLS Alyans ölkələrinin ordularının silahlanmasında da yer alıb.

RLS-in texniki imkanlarının nümayişi zamanı bildirilib ki, radiolokasiya vasitələri təyyarə, helikopter, pilotsuz uçuş aparatı və qanadlı raketlər kimi aerodinamik hava obyektlərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müşayiətə götürülməsini təmin edir.

Sonra Müdafiə naziri müvafiq infrastrukturla təmin edilmiş ərazidə yerləşən qərargah, əsgər yataqxanası, yeməkxana, əşya anbarı, tibb məntəqəsi, camaşırxana, qazanxana, xidməti və inzibati otaqlar, eləcə də digər qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, burada yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında duran vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan verir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az