Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Okt
2019
21:00
546

20
Okt
21:00



“Google” şirkəti “Clips” kamerasının satışını dayandırıb

“Google” şirkəti süni intellektə malik daşınan “Clips” kamerasının satışını və rəsmi dəstəyini dayandırıb.

2017-ci ildə təqdim edilən 249 dollarlıq kamera həvəskar foto və video çəkilişləri üçün nəzərdə tutulub. Onun əsas fərqləndirici cəhəti ailə üzvlərinin sifətini tanımaq və çəkiliş üçün əlverişli məqamları müstəqil seçmək qabiliyyəti olub.

Nəzəri baxımdan kameranın imkanları maraqlı görünsə də, praktikada qurğu pis işləyib. Belə ki, qurğunun testi zamanı “The Verge” saytının jurnalisti “Google Clips” kamerasından iki həftə istifadə etdikdən sonra onun heç bir maraqlı video çəkməməsi, 500 videoçarxdan isə təxminən 12 ədədinin diqqətəlayiq olması qənaətinə gəlib. Bundan başqa, qiymətin baha olması kameranın populyarlığına mane olub və bu səbəbdən şirkətin kameranın buraxılışının dayandırılması ilə bağlı qərarı təəccüb doğurmur.

Məlumata görə, bu, “Google” tərəfindən həftə ərzində istehsalı dayandırılan ikinci qurğudur. Bir gün əvvəl şirkət “Daydream” virtual reallıq platformasını bağlayıb və “Daydream View” virtual reallıq qarniturlarının satışını dayandırıb. Şirkət nümayəndələrinin sözlərinə görə, üç il əvvəl buraxılan qurğu populyarlıq qazana bilməyib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Elektronika xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az