Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



30 Okt
2019
21:54
498

30
Okt
21:54



Prezident Administrasiyası: ABŞ-ın qanun layihəsi Ankara-Vaşinqton müttəfiqlik ruhuna birbaşa ziddir

ABŞ Nümayəndələr Palatasında “Sülh Çeşməsi” əməliyyatı əsas gətirilərək Türkiyəyə sanksiya tətbiqinə dair, eləcə də 1915-ci il hadisələrini “soyqırımı" olaraq tanıyan qanun layihələri Ankara-Vaşinqton müttəfiqlik ruhuna birbaşa ziddir.

XeberOxu.Az-ın məlumatına görə, bu haqda Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında yazıb.

Administrasiya rəsmisi layihənin ABŞ ilə Türkiyənin ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqla bağlı danışıqların aparıldığı bir dövrdə Vaşinqtonun siyasətinin pozulduğunu qeyd edib:

“Bu qanun layihəsi Türkiyənin terror təşkilatları ilə mübarizəsində qərarlılığına mane ola bilməz, sadəcə ikitərəfli əlaqələrimizin gələcəyini təhdid altına ala bilər və bu əlaqələrə zərər verə bilər. Əlaqələrimizə zərər verə biləcək bu cəhdlərin ikitərəfli iş birliyimizin bir çox sahələrində uzunmüddətli mənfi nəticələri olacaq”

F.Altun ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanun layihəsinin qəbul edilməsi ilə bağlı səsverməyə çıxarılan qanun layihəsinin ABŞ-Türkiyə əlaqələrinə dəyər verən hər kəs üçün narahatverici bir vəziyyət olduğunu bildirib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az