Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Noy
2019
17:24
453

01
Noy
17:24



Yaxın günlərdə İranda Miyana-Bastanabad dəmir yolu xətti istismara veriləcək

Qarşıdakı günlərdə İranda Miyana-Bastanabad dəmir yolu xətti istismara veriləcək ki, bu da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin mənzil başına çatdırılması vaxtını 5 saat azaldacaq.

 XeberOxu.Az-ın məlumatına görə,  bu sözləri İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami deyib. O bildirib ki, bu dəmir yolu vasitəsilə İranın qərb regionları da dəhlizdən istifadə edə biləcək. Qərb regionlarında fəaliyyət göstərən istehsal müəssisələri ixrac mallarını birbaşa “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə hərəkət edən qatarlara yükləyəcək.

Bundan başqa, nazir qeyd edib ki, ötən illə müqayisədə cari ildə İran üzərindən daşınan tranzit yüklərin həcmi artaraq 50 milyon tona çatıb.

İranlı nazirin açıqlamasından aydın olur ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi sanksiyalara baxmayaraq tam gücü ilə fəaliyyət göstərəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ ilin əvvəlində İranın Çabahar limanını sanksiyalardan azad edib ki, bu da ölkənin tranzit imkanlarını daha da genişləndirib.

Deməli dəhliz vasitəsilə Cənub Şərqi Asiya və Körfəz ölkələrindən Avropaya göndərilən yüklərin də həcmində artım müşahidə edilib. Bu yüklər isə İrandan Azərbaycana daha sonra Rusiya və Avropa ölkələrinə daşınacaq. Aydın olur ki, İranın tranzit imkanının artması Azərbaycan üzərindən daşınan yüklərin həcminin çoxalmasına səbəb olur.

Cənub Şərqi Asiya və Körfəz ölkələrindən İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycana, buradan Rusiyaya, daha sonra isə Avropaya daşınacaq. Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi iqtisadi islahatlar çərçivəsində ölkəmizdə geniş nəqliyyat infrastrukturu yaradılıb. Bu gün Azərbaycan istənilən həcmdə yükü qəbul edib yola salmaq imkanına malikdir. Yüklərin Azərbaycan üzərindən daşınması isə ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az