Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Noy
2019
04:48
459

02
Noy
04:48



Kosmik gəmi üçün biletin qiyməti AÇIQLANDI

"SpaceX" şirkətinin Marsa uçuşlar üçün hazırladığı "Spaceship" kosmik gəmisi Yer kürəsi hüdudlarında da uçuşlar həyata keçirəcək.

XeberOxu.Az lent.az-a istinadən bildirir ki, şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, "Starship" raketi vasitəsilə dünyanın iri şəhərləri arasında uçuş müddətini azaltmaq mümkün olacaq. Belə ki, London və Honkonq arasında hazırda təxminən 12 saat davam edən reys 32 dəqiqəyədək azalacaq.

Beynəlxalq Astronavtika Konqresində çıxış edən "SpaceX" prezidenti Qvinn Şotvell şirkətin "Spaceship" kosmik gəmisini 2020-ci ilədək Aya göndərməklə planlarını açıqlayıb, eləcə də jurnalistlərin suallarını cavablandırıb.

O, Yer kürəsi hüdudlarında uçuşları "SpaceX" üçün "ikinci dərəcəli sənaye" adlandıraraq bildirib ki, bilet üçün qiymətlər təyyarənin ekonom sinfindən baha, biznes sinfindən isə ucuz olacaq.

Bu, ümumilikdə İ.Maskın 2017-ci ildə səsləndirdiyi bəyanatla üst-üstə düşür. Onun sözlərinə görə, "BFR" (Starship gəmisinin əvvəlki adı) ilə uçuş üçün biletin qiyməti adi təyyarədə ekonom siniflə eyni olacaq. Analitiklər tərəfindən o vaxt aparılan hesablamalara görə, ekonom siniflə Londondan Nyu-Yorka uçuş 1500 dollar, biznes siniflə 11 min dollar təşkil edir.

Bu barədə daha dəqiq məlumat "Starship" kosmik gəmisi üzərində iş sona yaxınlaşanda açıqlanacaq. Şirkətin planlarına görə, gəmi 2021-ci ildə ilk peykləri orbitə göndərəcək, 2023-cü ildə turistləri Ay ətrafında gəzdirəcək, 2050-ci ildə Marsda şəhər tikməyə başlayacaq. Sentyabrda İ.Mask kosmik gəminin prototipini və onun poladdan olan daxili quruluşunu nümayiş etdirib.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi







Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR







Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar







Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az