Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Noy
2019
15:00
444

05
Noy
15:00



Psixoloqlar və musiqi müəllimləri də diaqnostik qiymətləndirmədən keçiriləcək

Dövlət ümumi təhsil müəssisələrində işləyən psixoloqlar və musiqi təhsili verən məktəblərin müəllimləri diaqnostik qiymətləndirmədən keçiriləcək.

XeberOxu.Az-ın  məlumatına görə, bununla əlaqədar Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb.

Əmrdə qeyd edilir ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilmişdir. Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına müsiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin 2019-cu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.

Bununla əlaqədar “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları” yeni redaksiyada təsdiq edilib.

Əmrlə TN-nin İnsan resursları şöbəsinə diaqnostik qiymətləndirmənin cari ilin sonunadək “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsini təmin etmək tapşırılıb.

Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə, şəhər və rayonların təhsil şöbələrinə (idarələrinə) tapşırılıb ki, aidiyyəti peşə, ümumi və xüsusi təhsil müəssisələrində çalışan təhsilverənlərin siyahılarının hazırlanmasını və Təhsil Nazirliyinin elektron bazasına daxil olunmasını təmin etsinlər.

Əmrdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası qiymətləndirmənin müsahibə və qabiliyyət imtahanı mərhələlərinin adıçəkilən müəssisələrin tədris binasında keçirilməsi, qabiliyyət imtahan komissiyasının formalaşdırılması və imtahan məkanında müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az