Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Noy
2019
01:00
240

06
Noy
01:00



Bakının 3 şagirdi beynəlxalq yarışlarda qızıl medal qazanıb

Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda qızıl medal qazanıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XeberOxu.Az-a verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin III sinif şagirdi Nilufər Oruclu Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülüb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Paytaxtdakı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva karate idman növü üzrə 63 kiloqram çəki dərəcəsində Makedoniyada keçirilən XI Avropa çempionatında qalib gəlib. F.Musayeva qızıl medal və diploma layiq görülüb.

71 nömrəli tam orta məktəbin IV sinif şagirdi Osman Osmanov cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə 24 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medalla təltif olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Tərtərdə uşaq ölümü baş verib







Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb







Qaxda sərxoş gənc restoranda qadını döyüb polislərə qarşı xuliqanlıq etdi







Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az