Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Noy
2019
14:18
108

06
Noy
14:18



“Şiddətin rəngi” adlı rəsm müsabiqəsi başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadına qarşı zorakılıq, ümumən məişət zorakılığı əleyhinə maarifləndirmə məqsədilə “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi elan edir.

XeberOxu.Az-a daxil olan məlumata görə, müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.

Rəsm əsərlərinin məzmunu məişət zorakılığının mənfi nəticələrini, bu zorakılığa məruz qalmış qadının iztirablarını ifadə etməlidir. Müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında “İctimaiyyətlə əlaqələr” bölməsində “Elanlar” yarımbölməsinə və ya linkinə daxil olaraq anket formasını doldurmaq tələb olunur.

Qeydiyyat noyabr ayının 20-dək aparılacaq.

Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir. (Ünvan: Salatın Əsgərova 85, əlaqə telefonu 541 97 27).

Seçim 15 - 29 yaş kateqoriyası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən əsərlərin müəlliflərinə Fəxri fərman və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir:

1-ci yer üzrə 1 nəfərə 500 manat;

2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat;

3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat.

Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə 100 manat mükafat verilməsi nəzərdə tutulur.

Musabiqənin qalibləri haqqında məlumat 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş sərgidə ictimaiyyətə açıqlanacaqdır.

Məlumat üçün deyək ki, BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlara bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az