Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
01:30
135

08
Noy
01:30



İlahiyyat İnstitutu 650 min ağac əkilməsi təşəbbüsünə qoşulub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Azərbaycan İlahiyyat İnstitutunun kollektivi də qoşulub.

İnstitutdan XeberOxu.Az-a verilən məlumata görə, qeyd edək ki, ali təhsil müəssisəsinin rəhbər heyəti, əməkdaşları və tələbələri bu təşəbbüsə qoşulmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib. Rayonun ərazisində İnstitut üçün ərazi ayrılması barədə razılıq əldə olunub. Hazırda bununla bağlı İnstitutda hazırlıq işləri davam edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə Vətənə məhəbbət, onu qorumaq və mühafizə etmək; əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə mənəvi dəstək olmaq; mədəni-tarixi sərvətləri qorumaq; gəncləri daha ətraflı məlumatlandırmaqla cəmiyyətdə sosial və ekoloji məsuliyyət anlayışını gücləndirmək; multikulturalizm və tolerantlığın təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az