Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
00:05
288

08
Noy
00:05



Bakıda auksionda ən bahalı əsər 20 min 50 manata satıldı

Dünən Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirilib.

Mədəniyyət Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirdi: “Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək”.

Əbülfəs Qarayev onu da bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.

Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsəri 5610 manata satılıb. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata alıcısını tapıb. Budəfəki auksionda ümumilikdə 2 lot satılıb. Ən bahalı lot A.Əsgərovun “Atlar” əsəri olub. Əsəri iş adamı İsgəndər Xəlilov satın alıb.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilkin qiymətləri 2500-20000 manat arasında təyin olunmuşdu.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az