Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
05:30
108

08
Noy
05:30



"Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativi yaradılıb

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirakı ilə "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativi yaradılıb.

Assosiasiyadan XeberOxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Azərbaycan Respublikasında kənd yerləri və regional inkişafa dəstək proqramı (KYRİD)” çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) iştirakı ilə Göyçay rayonunda "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativinin yaradılması üzrə təsis yığıncağı keçirilib.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA), “Aqrar Tədarük və Təchizat” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi KYRİD proqramının mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

Tədbir iştirakçıları kooperativləşmənin aqrar sahənin inkişafında rolu, koopertivləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklər, dövlət qurumları tərəfindən kooperativlərə veriləcək dəstək haqqında fermerlərə ərtaflı məlumat verdilər. Qeyd olundu ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.

KYRİD layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq, layihə tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edib kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Daha sonra "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativnin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyatdan keçməklə bağlı qərar qəbul ediblər. ANİİA-nın üzvü və mütəxəssisi, alim-aqronom Hacıyev Zaur Vahib oğlunu yekdilliklə "Göyçay Nar İstehsalçıları” İstehsal Kooperativnin sədri seçilib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az