08 Noy
2019
10:51
549

08
Noy
10:51



“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 13 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

XeberOxu.Az-ın məlumatına görə, BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan 13 nömrəli tam orta məktəbin direktoru Yaqut Sadıqova “Kiçik Akademiya”nın fəaliyyətindən danışıb, əldə olunan uğurlarda müəllim və şagirdlərin birgə səylərinin mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Kiçik Akademiya”ların yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali və ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsində böyük rolu olduğunu vurğulayıb. B.Məmmədov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib.

Daha sonra “Kiçik Akademiya” üzvləri öz tədqiqat işlərini nümayiş etdiriblər.

İngilis dili müəllimi Sevda Ağazadənin rəhbərliyi ilə “Kiçik Akademiya”nın nəzdində fəaliyyət göstərən “İngilis dilində danışıq klubu”nun üzvləri və Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin şagirdləri üçün “Skayp” vasitəsilə qarşılıqlı “Teledərs” keçirilib. Canlı dərs zamanı müəllim şagirdlərə Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan poeziyasının və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu olan İmadəddin Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verib.

Tədbirdə şagirdlər şeirlər söyləyib, mahnılar səsləndirib və böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş səhnəciklər nümayiş etdiriblər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.