Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
13:25
90

08
Noy
13:25



“Medinex”: sağlamlıq və uzunömürlülük aləmində işgüzar format!

“Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgi və forumu, eləcə də Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi (Beauty Azerbaijan”) Sərgisi noyabrın 7-də işini tamamladı.

XeberOxu.Az-ın məlumatına görə,  xəbər verir ki, sərgilər dünyanın iyirmi ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən yetmişdən artıq şirkəti bir araya gətirib. Tədbirin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.

Hazırda sərgi öz brendini dəyişsə də, səhiyyə sahəsində müasir innovasiyalar platforması və naviqatoru olaraq qalır. Respublikada səhiyyə sisteminin inkişafına töhfə verən çoxillik Səhiyyə Sərgisinin Azərbaycanda ənənəvi effektivliyini qeyd edən Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev “VIP” tur zamanı bu təmayülləri xüsusi ilə vurğulayıb.

İş adamları və profilli şirkətlərin nümayəndələri tərəfindən sərgiyə artan beynəlxalq marağı Azərbaycanın səmərəli iqtisadi inkişafına və yerli bazarın perspektivliyinə əsaslanır.

İki gün ərzində sərgilərin dolğun işi səhiyyə üzrə peşəkarları, klinik avadanlıqlar, dərman preparatları, səhiyyə sahəsindəki innovasiyaların yerli və xarici istehsalçılarını cəlb edib.

“Made in Azerbaijan” brendi altında təqdim edilən mal və xidmətlər böyük maraq doğurub. Eyni anda səkkiz dərman zavodunu təqdim edən Belarus Milli Pavilyonu bir çox ziyarətçini “Medinex” sərgisinə cəlb edib. Rusiya, Qazaxıstan, Almaniya istehsalçılarının məhsul və xidmətləri potensial distribüterlərin müzakirə predmetinə çevrilib.

Ekspertlər eksponentlərin peşəkar və sahibkarlıq fəaliyyətlərini əhatə edən “Medinex” sərgisinin işgüzar proqramını tədbirin işinin vacib komponenti hesab edib.

“Klinikaların effektli idarə olunması” sessiyası çərçivəsində səhiyyə müəssisələrini və səhiyyə şəbəkələrini effektli idarəetmə metodları barədə peşəkar dialoq aparılıb.

Xüsusi “Bizimkilər” sessiyasında yerli mütəxəssislər öz təcrübələrini internlər və tələbələrlə bölüşüb, eləcə də canlı ünsiyyət formatında sualları cavablandırıblar.

Noyabrın 7-də sərgi iştirakçıları ilə dəvət edilmiş alıcılar (“buyer”) arasında sərgi iştirakçılarının xahişi əsasında təşkil edilmiş “B2B” formatlı görüşlər keçirilib. İşgüzar görüşlərin unikal formatı istehsalçılara öz məhsullarını birbaşa potensial sifarişçilərə təqdim etmək, eləcə də mümkün əməkdaşlıq və birgə layihələrin şərtlərini müzakirə etmək imkanı verib.

Ziyarətçilərin rəyinə əsasən “Medinex” və “Beauty Azerbaijan” sərgilərini ziyarət etmək sənayenin ən son yenilikləri ilə tanış olmağa, işgüzar əlaqələr qurmağa və onları möhkəmləndirməyə, ümumiyyətlə sektorun inkişaf vektorlarını müəyyənləşdirməyə və bir sıra vacib görüşlər keçirməyə imkan verib.

Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az