08 Noy
2019
15:49
767

08
Noy
15:49



Əməkhaqqı fondunda mütəmadi artım göstəricisi oktyabrda 34,2 faizə yüksəlib

Ölkəmizdə əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əməkhaqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir.

2019-cu ilin ötən ayları üzrə bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb. Xüsusilə də bu artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, əməkhaqqı fondunda cari ilin yanvar ayında artım göstəricisi 3,7 faiz, fevral ayında bundan iki dəfə çox - 7,4 faiz olub. Mart ayında 10,5 faiz, aprel ayında 14,5 faiz, may ayında 17,6 faiz, iyun ayında 18,8 faiz, iyul ayında 19,8, avqust ayında 21 faiz artım baş verib.

Son aylarda isə bu artım göstəricisi daha da yüksəlib: sentyabr ayında əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabr ayında isə 34,2 faiz olub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.