08 Noy
2019
17:11
966

08
Noy
17:11



DYP piyadalara MÜRACİƏT etdi - Əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar

İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir.

Bunu XeberOxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

Vaqif Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa, cərimə olunurlar: "Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur: "Ən çox piyadalavurmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə isə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir."

Vaqif Əsədov sürücülərə də müraciət edib. Bildirib ki, sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar: "Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.