Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
17:13
316

08
Noy
17:13



ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

ABŞ ATƏT Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına sadiqliyini bildirir.

XeberOxu.Az-ın məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor təşkilatın Daimi Şurasının iclasında deyib.

O, son aylarda qoşunların təmas xəttindəki itkilərdən narahat olduqlarını ifadə edib:

“Bu, münaqişə çərçivəsində davam edən insan itkilərini göstərir və yerlərdə, eləcə də paytaxtlarda gərginliyi artırır. Bu, həm də nizamlama perspektivlərini azaltmaqla inamsızlıq və düşmənçiliyi artırır. Eyni zamanda Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv əlaqələr ümid verir. Əlaqələrin səviyyəsi nəticə verə bilər və verməlidir. Biz tərəfləri ölkələrin əhalisini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunan konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq”.

C.Gilmorun sözlərinə görə, bu məsələlər barədə razılıq kifayət deyil: “Biz tərəfləri tez bir zamanda konkret addımlar atmağa çağırırıq”.

Səfir əlavə edib ki, tərəflərin əhalini sülhə hazırlamağın vaxtı çatıb:

“ABŞ azərbaycanlılar və ermənilər arasında etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir. Dialoqda iştirak edənlər bunu azad və qorxusuz şəkildə, öz yurdlarına qayıtmaqları üçün ittiham olunmadan etməlidirlər. Münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbulolunmazdır”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Biləsuvarda içərisində 38 ton benzin olan yanacaqdaşıyan avtomobil yanıb, ölən var (VİDEO)







Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI







Azərbaycanda 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA







Bakıda “Araz” marketə basqın oldu: İki işçi bıçaqlandı


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az