08 Noy
2019
20:05
1157

08
Noy
20:05



Energetika naziri və nazir müavinləri Yevlax, Mingəçevir və Bərdə şəhərlərində vətəndaşlarla görüşəcək

Noyabrın 22-də Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) keçiriləcək.

XeberOxu.Az-ın məlumatına görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 172) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Bərdə şəhərində Bərdə və Tərtər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 11:00-da Bərdə rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 97) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Yevlax filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Xeberoxu.az

Məqalə:   iqsadiyyat xeberleri,iqsadiyyat,neft,dollarin mezennesi

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.