Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Noy
2019
02:00
132

09
Noy
02:00



BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib

Bakı Dövlət Universitetində 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş “Davamlı inkişafın təmin edilməsində təhsil və elmin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Universitetdən XeberOxu.Az-a  verilən məlumata görə, yuxarı kurs tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi tədbiri Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb.

Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən ölkəmizdə elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan prorektor, Ümumdünya Elm Gününün UNESCO-nun qərarı ilə təsis edildiyini deyib. Bildirib ki, 2001-ci ildə UNESCO-nun Baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə ümumdünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Aydın Kazımzadə həmçinin Ümumdünya Elm Gününün məqsədinin beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaq olduğunu deyib.

Sonra professor Aydın Kazımzadənin “Elmi-texniki tərəqqi dövründə təhsilin məzmunu və onun idarə edilməsi” mövzusunda məruzəsi dinlənilib. Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova “Müasir dövrdə elm cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir” adlı məruzə ilə çıxış edib.

Məruzələr əsasında çoxsaylı çıxışlar dinlənilib, iştirakçııların sualları cavablandırılıb. Tədbirin sonunda çıxışlarda səsləndirilən fikir və təkliflərin ümumiləşdirilərək rektorluğa təqdim ediləcəyi, universitetin gələcək inkişaf hədəfləri müəyyən edilərkən istifadə olunacağı qeyd edilib.

Qeyd edək ki, Ümumdünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclaslar, seminarlar, konfrans və festivallarla qeyd olunur.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az