Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Noy
2019
14:38
270

09
Noy
14:38



Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” marafon keçirilib

9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” marafon keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, “Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçirilən marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, marafona 70-ə yaxın iştirakçı qoşulub və 6 km yol qət ediblər. O yürüşün əhəmiyyətindən danışıb:

"Marafonun keçirilməsində məqsəd təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, həmçinin insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Qalib gələn ilk 3 yerə Abşeron Milli Parkı tərəfindən hədiyyələr təqdim olunacaq. Bundan başqa, marafona qoşulan bütün iştirakçılara mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq".

Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az