11 Fev 2019
00:35
![]() |
![]() Əfqanıstanda sutka ərzində 30 silahlı məhv edilib Əfqanıstanda müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı sutka ərzində "İŞİD-Xorasan" terror qruplaşmasının və "Taliban" radikal hərəkatının 30 üzvü məhv edilib. XeberOxu.az-ın məlumatına görə, bu barədə "Khaama Press" agentliyi öz mənbəsinə istinadən xəbər verir. Agentliyin mənbəsi bildirib: "Koalisiyanın Nanqahar əyalətinin Hocani rayonuna endirdiyi hava zərbəsi nəticəsində "İŞİD-Xorasan" qruplaşmasının 2 üzvü məhv edilib. Hilmend əyalətinin Vaşer qəzasında, Bəlx əyalətinin Şamtal qəzasında aparılan analoji əməliyyatlar zamanı daha 7 terrorçu məhv edilbi". Onun sözlərinə görə, koalisiya qüvvələrinin Qazni əyalətində keçirdiyi reyd zamanı "Taliban"ın 4 üzvü məhv edilib. Bundan əlavə, Əfqanıstanın xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı Tarinkot şəhərində 13, Kunar və Paktiya əyalətlərində isə 4 "Taliban" üzvü məhv edilib. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları və dinc sakinlər arasında ölən və yaralananların olması barədə məlumat verilmir. Bizimlə əlaqə saxlayın © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır ![]()
|
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |